Bakıda yolkaların qiyməti necədir?

Köhnə ili yola salmağımıza, yeni ili qarşılamağımıza sayılı günlər qalıb.

Bayram əhval-ruhiyəsini yaşamaq üçün evlərdə yolkalar quraşdırılır, evə müxtəlif bəzəkli əşyalar alınır.

Metbuat.az yarmarka və mağazalarda Yeni İl üçün nəzərdə tutulan yokaların, aksessuarların qiyməti ilə maraqlanıb.

Belə ki, yarmakalarda qiymətlər iri marketlərlə müqayisədə daha ucuzdur. Belə ki, ən balaca yolkaların qiyməti 10 manatdır, daha böyükləri isə 100 manat təşkil edir. Ümumilikdə qiymətlər 15, 40, 55, 100 manat arası dəyişir.

İşıqlar, balaca oyuncaqlar da elə də baha deyil. Bəzək işıqları 7 manatdan başlayır, 15-dək davam edir. Yolka üçün 1 və 5 manata maraqlı oyuncaqlar da tapa bilərsiniz.

Marketlərə gəlincə, qiymətlərdə yarmarka ilə kəskin fərq var. 15, 50 manata yolkalar olsa da, nisbətən hündür yolkalar daha bahadır. 210 sm-lik Yeni il ağacı 135, 140 manatadır. Bu qiymət artımı 260 manatadək davam edir. Eyni zamanda oyuncaqların da qiyməti fərqlənir. 2 manatdan başlayan qiymətlərlə Yeni ildə yolka bəzəmək olar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR