Bakıya qəza enişi edən təyyarənin sərnişinləri düşəcəklər - FOTO

"Qantas Airways" aviaşirkətinin Bakı hava limanında qəza eniş edən Sinqapur-London reysinin sərnişinləri təyinat məntəqəsinə digər təyyarə ilə yola düşəcəklər.

Metbuat.az hava limanına istinadən xəbər verir ki, digər təyyarə gələnədək reysin sərnişinləri hoteldə yerləşdiriləcək.

Qeyd edək ki, bu gün səhər saatlarında aviaşirkətin iki göyərtəli “Airbus A380” sərnişin təyyarəsi yük bölməsindəki tüstü sensorunun işə düşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza eniş edib.

A380 hava gəmisinin kapitanı Gürcüstan hava məkanında olarkən Bakı hava limanına eniş siqnalı göndərib.

Bakı aeroportu dünyada bu tipli təyyarələrə xidmət göstərmək üçün lazımi avadanlıq və bu cür böyük hava gəmisini qəbul etməyə hazır uçuş-enmə zolağı ilə təchiz edilmiş azsaylı hava limanlarından biridir.

Xatırladaq ki, bu, A380 təyyarəsinin uçuş heyətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna göndərdiyi ilk qəza eniş sorğusu deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı