Rusiya erməni silahlılarının Qarabağda qalmasında maraqlıdır -

Ceyhun Bayramov Qarabağda erməni silahlı dəstələrinin çıxarılması ilə bağlı Rusiyanın mövqeyi haqda dedikləri diqqət çəkdi. Moskva Bakının tələbi qarşısında bildirir ki, “erməni qoşunların çıxarılması Emənistanın öhdəliyidir”.

Metbuat.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı deyir ki, əslində Rusiya bu silahlıların bölgədə qalmasında maraqlıdır:

“Bakıya qarşı təzyiq kartı kimi istifadə edir, separatçıların “müdafiəsi” təşkil olunur. Silahlı dəstələrin silah-sursatla təmin edilməsinə, “döyüş postları” qurmasına şərait yaradan da sülhməramlılar olub. 4-cü bəndin icrası öhdəliyini İrəvanın üzərinə qoyması isə məsuliyyətdən yayınmaq cəhdidir. Və bu, həm də o deməkdir ki, Azərbaycan qanunsuz silahlı dəstələrin çıxarılması, yaxud neytrallaşdırılması istiqamətində praktiki addım atmasa, nə Ermənistan, nə Rusiya 4-cü bəndi icra etməyəcək, bundan danışıqlar prosesini uzatmaq üçün istifadə edəcək”.

Asif Nərimanlı qeyd etdi ki, bu vəziyyətdə yeganə çıxış yolu Azərbaycanın qanunsuz silahlı dəstələrin çıxarılması, yaxud neytrallaşdırılması istiqamətində praktiki addım atmasıdır. "Rusiya "öhdəlik Ermənistanındır” deyirsə, Bakının İrəvanın yerinə yetirmədiyi öhdəliyin icrasını güc yolu ilə təmin etməsinə qarışmamalıdır.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR