Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmənin keçirilməsi nəzərdə tutulub.
Metbuat.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Səhiyyə komitəsinin 2026-ci ilin payız sessiyasının iş planına məsələ daxil edilib.
Dinləmənin mövzusu "Azərbaycanda vərəmlə mübarizə: mövcud vəziyyət, problemlər və onların həlli yolları" kimi nəzərdə tutulub.