Ermənistan iki seçimlə üz-üzə:

Bir çox siyasi ekspertlər Azərbaycanın 2023-cü il üçün daha sərt tədbirlər həyata keçirəcəyini düşünür.

Bu barədə açıqlama verən politoloq Züriyə Qarayeva Metbuat.az-a bildirib ki, Azərbaycanın sülh naminə hərbi əməliyyatları 2023-cü ildə başlaya bilər:

Züriyə Qarayeva

"Ermənistan tərəfi həmişə fərqli musiqilər ifa edib. Bu ölkəni kim idarə edibsə, xalqı aldadıb. İnsanlar həmişə yalanın əhatəsində olub. Onlar "Böyük Ermənistan" nağılına inanıblar. Ona görə də Azərbaycanın təklifləri ilə barışmaqdan qorxurlar. Azərbaycanın səbri var amma o da tükənir. Ümumiyyətlə Ermənistanın nə etmək istədiyini anlamaq çətindir. Ona görə də düşünürəm ki, Azərbaycan ordusu Ermənistanı sülhə məcbur edəcək. Paşinyanın istəyi bu idi. Düşünürəm ki, növbəti toqquşma qaçılmaz olacaq".

Siyasi ekspert Əziz Əlibəyli qondarma Qarabağ təşkilatının rəhbəri və baş nazirini sülh sazişinə maneə kimi görür. Analitik bildirdi ki, Ruben Vardanyanın Qarabağa gəlişindən sonra erməni xalqına verilən vədlərlə çaşqınlıq birbaşa sülhə zərbə vurdu.

"Volkovun istefa tələbi vəzifəsini itirməsi ilə sonlanacaq" -

Əziz Əlibəyli

"Azərbaycan artıq qondarma qurumun prezidenti Araik Aratunyanı beynəlxalq axtarışa verib. O, mütləq Azərbaycana gətiriləcək və Azərbaycan qanunları qarşısında mühakimə olunacaq. Məncə, Ruben Vardanyanın bəxti gətirməyəcək. Onun əməlləri kifayət edir ki, o mühakimə olunsun. Söhbət onun fiziki məhvindən gedir. O, həmin bölgədə məhv ediləcək. Azərbaycan Prezidenti qondarma qurumun prezidenti haqqında bir kəlmə də danışmadı. Çünki müzakirə aparacığımız tərəf Ermənistandır. Sülhə yaxınlaşdığımız bir vaxtda münaqişənin yenidən alovlanması qəbuledilməzdir”.

Fakt budur ki, regionda sülh təkcə Azərbaycan üçün deyil, Cənubi Qafqazda yaşayan hər kəs, eləcə də dünya üçün vacibdir. Bakının buna nail olmaq üçün atdığı çox addımlar var. Artıq hazırlıqlara başlanılıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR