Azərbaycana turist axını artıb

2022-ci ildə Azərbaycana 178 ölkədən 1 602,3 min və yaxud 2021-ci illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, gələnlərin 27,9 %-i Rusiya, 19,5 %-i Türkiyə, 10,6 %-i İran, 6 %-i Səudiyyə Ərəbistanı, 5,1 %-i Gürcüstan, 3,8 %-i Hindistan, 3,2 %-i Pakistan, 2,6 %-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 1,9 %-i Qazaxıstan, 1,7 %-i Ukrayna, 1,6 %-i Özbəkistan, 1,5 %-i İsrail, 1,4 %-i Küveyt, hər birindən 1,2 % olmaqla Oman və Belarus, 10,8 %-i digər ölkələrin vətəndaşları olub. Qonaqların 74,8 %-ni kişilər, 25,2 %-ni qadınlar təşkil edib.

Omandan gələnlərin sayı 20,4 dəfə, Pakistandan 17,5 dəfə, Səudiyyə Ərəbistanından 10,9 dəfə, Hindistandan 10,6 dəfə, Küveytdən 9,9 dəfə, Özbəkistandan 6,2 dəfə, Qazaxıstandan 4,4 dəfə, İsraildən 3,6 dəfə, ABŞ-dan 2,8 dəfə, BƏƏ-dən 2,4 dəfə, Almaniyadan 2,4 dəfə, Fransadan 2,1 dəfə, Böyük Britaniyadan 1,9 dəfə, Rusiyadan 1,7 dəfə, Ukraynadan 1,6 dəfə, Türkiyədən 1,6 dəfə, İrandan 36 %, Gürcüstandan 31,2 % artıb.

2021-ci illə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,3 dəfə artaraq 357,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,1 dəfə artaraq 73,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 569,8 min nəfər oub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı