"XİN-də Azərbaycan dilini bilən adam yoxdur" -

"Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan dilini bilən bir adam yoxdur. Bilənlər də yaddan çıxarıb".

Metbuat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin iclasında Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

Deputat qeyd edib ki, bəzi sözlərin tərcüməsində səhvlər var: "Qeyri-maddi ifadəsini dəyişdirə bilmirik, hərfi tərcümə edirik. Bizim dilimizi məhv edən konvensiyalarıdır. "Qeyri-maddi mədəni irsin qorunması haqqında" qanun layihəsinin adını düzgün yazmaq lazımdır. Qeyri-maddi mədəni nədir? Mən dilçiliklə məşğulam, amma bilmirəm bu nədir. UNESCO-da Novruz bayramı qeyri-maddi mədəni irs kimi qeydiyyatdan keçib. Bu necə qeyri-maddi mədəni irs ola bilər? Xarici İşlər Nazirliyi ilə də müzakirələr aparmaq lazımdır, amma nazirlikdə Azərbaycan dilini bilən bir adam yoxdur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR