Enriki Mora Yerevana getdi

Avropa İttifaqının Xarici İşlər Xidməti rəhbərinin müavini Enrike Mora İrəvana gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə politoloq Yeganə Hacıyeva açıqlama verib. O qeyd edir ki, Mora Aİ-Ermənistan Siyasi və Təhlükəsizlik Dialoqunun ilk iclasına sədrlik etmək üçün İrəvandadır.

"Mora Ermənistana Gürcüstandan gəlib. Mora Tiflisidə Gürcüstan-Aİ Strateji Təhlükəsizlik Dialoqunda iştirak etmişdi. Azərbaycan və Avropa İttifaqı arasında təhlükəsizlik dialoqu 3 mərhələdə keçirilib.İlk mərhələdə 2018 ci il 30 oktyabr tarixində keçirilib. İkincisi isə 2019-cu il dekabrın 19-da, üçüncü mərhələ isə keçən il martın ayının 17-də keçirilib".

Qeyd edək ki, Azərbaycanla Aİ təhlükəsizlik dialoqu istər sayına, istərsə də əhatə etdiyi əməkdaşlıq sahələrinə görə Cənubi Qafqaz ölkələri arasında birincidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR