Millət vəkili tələbələri müdafiə etdi:

"Bu gün Azərbaycan vətəndaşları, hökumət səfərbər olaraq Türkiyəyə kömək edir. Biz səfərbər olub tələbələrimizi də ölkəyə gətirə bilərik".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı millət vəkili Razi Nurullayev edib. Millət vəkili deyir ki, onlayın təhsillə keçidlə bağlı tələbələr Azərbaycana gəlmək istəsə də, bilet bahalığı ucbatından bunu edə bilmirlər.

"Türkiyədə 27 minə yaxın təhsil alan azərbaycanlı tələbə var. Onlar Azərbaycan vətəndaşlarıdır, planlaşdırlmamış təbii fəlakətin nəticəsində bu ağır vəziyyətə düşdülər. Tələbənin pulu olmur, hər zaman maddi dəstəyə ehtiyacı var. Ona görə də hökumət bununla bağlı qərar verib, onları pulsuz olaraq çarter reysləri ilə Azərbaycana gətirməlidir. Onlar bizim vətəndaşlarımızdır, niyə biz onlardan pul güdməliyik?".

Razi Nurullayev qeyd edib ki, onları gətirməyə dövlətimizin gücü var, sadəcə təşkil etmək lazımdır.

"Bununla bağlı çox ciddi tədbirlər görülməlidir. Onların ölkəyə gətirilməsi pulsuz təşkil edilsə, dövlətimiz, xalqımız adına şərəfli bir iş olar".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR