O da "Space"dən getdi -

Tanınmış jurnalist ve televiziya aparıcısı Kamil Eldaroğlu (Balakişiyev) Space TV-dəki vəzifəsindən ayrılıb.

Metbuat.az xəbər verir ki, jurnalist öz istəyi ilə işdən ayrıldığını bildirib.

Qeyd edək ki, K.Eldaroğlu 2022-ci ilin noyabrında Space TV-də Xəbərlər Xidmətinin müdir müavini vəzifəsinə təyin olunmuşdu. O daha əvvəl isə Real TV-də Şef-redaktor kimi çalışıb.

Xatırladaq ki, fevralın 7-də Space Müstəqil Teleradio Şirkətinin direktoru Müşfiq Hətəmov vəzifəsindən uzaqlaşdırılıb və onun yerinə “Parni iz Baku” KVN komandasının aktyoru Vado Karovin təyin olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR