Bakıdan Yevlaxa 41 dilənçi göndərilib

Bakıdan Yevlaxa 41 dilənçi göndərilib
13:48 19 Yanvar 2015
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda avaralıq və dilənçiliklə məşğul olan daha 41 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən avaralıq və dilənçilik edən 41 nəfər saxlanılıb və yaşadıqları Yevlax rayonuna göndəriliblər. Onlardan 20-si qadın, 5-i kişi və 16-sı azyaşlılar olub.

Qeyd edək ki, 2015-ci ilin əvvəlindən Bakıda avaralıq və dilənçilik edən 200-dən çox adam saxlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR