Azərbaycanlı gəncin uğuru -

Dünyanın ən nüfuzlu jurnallarından biri olan "Forbes" hər il 30 yaşın altında olan və uğur qazanan şəxslərin siyahısını dərc edir.

Metbuat.az xəbər verir ki, bu dəfə siyahıda Avropa üzrə oyun kateqoriyasında həmyerlimiz Fidan Rüstəmlinin də adı qeyd edilib.

Fidan Rüstəmli "Gamepons"un həmtəsisçisidir. O, hazırda "PolyDream VR" oyun studiyasında biznesin inkişafı üzrə menecer kimi çalışır. Fidan "Global Game Jam"in regional təşkilatçısı və "EuroAsian Startup Awards"da Ölkə Tərəfdaşı olub. Fidan Rüstəmli Bakıda bir çox tədbirlərin təşkilatçısı və təşəbbüskarıdır.

Bir 8 nəfər və mətn şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR