Putinin nüvə silahı barədə qərarı Avropanı silkələdi

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Rusiya prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahı yerləşdirmək barədə qərarını “zəiflik” kimi qiymətləndirib.

Metbuat.az xəbər verir ki, Landsbergis yazılı açıqlamasında Rusiyaya qarşı sərt reaksiyanın verilməsinin lazım olduğunu vurğulayıb. "Rusiya bu qərarla güc deyil, zəiflik nümayiş etdirir. Ciddi sanksiyalar, Baltikyanı bölgəyə qoşun yeridilməsi və NATO-nun şərq cinahının gücləndirilməsi həmrəylik və qətiyyət nümayişi olacaq" - Landsbergis deyib.

Polşanın Xarici İşlər Nazirliyinin açıqlamasında isə qeyd edilib ki, Putinin qərarı Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı gərginliyi daha da artırır və bu, Belarusu Rusiyanın müharibəsinə cəlb etmək üçün bir addımdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR