Şimali Koreya lideri dünyanı qorxuya salacaq həmləyə hazırlaşır

“Şimali Koreya nüvə raketi sınağı üçün bütün hazırlıqları tamamlayıb və istənilən vaxt yeni nüvə raketini sınaqdan keçirə bilər”.

Metbuat.az xəbər verir ki, Cənubi Koreyanın müdafiə naziri Li Conq Sup Milli Assambleyanın Müdafiə Komitəsinə belə məlumat verib. O Şimali Koreyanın fotoşəkillərini dərc etdiyi "Hvasan-31" adlı taktiki nüvə başlığı və nüvə tutumuna malik "radioaktiv sunami" yarada bilən sualtı pilotsuz uçan aparat haqqında komitəyə məlumat verib. Onun sözlərinə görə, Şimali Koreya nüvə sınağı təşkil etsə, Cənubi Koreya və ABŞ buna müdaxilə edəcək. Li ordunun Şimali Koreyanın hərbi fəaliyyətini yaxından izlədiyini qeyd edib.

O bəyan edib ki, Cənub Koreya ordusu Punggye-ri poliqonunu mümkün raket sınağı ilə bağlı nəzarət saxlayır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR