Zakir Həsənov yeni istifadəyə verilmiş hərbi hissəyə getdi -

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə inşa edilən növbəti hərbi obyekt istifadəyə verilib.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən xəbərə görə, azad edilmiş ərazilərə səfər edən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni istifadəyə verilən hərbi hissəyə baxış keçirib, burada yaradılan şəraitlə tanış olub.

Müdafiə nazirinə məruzə edilib ki, şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün burada qərargah binası, yataqxana, xidməti otaqlar, tibb məntəqəsi və digər infrastruktur obyektləri tikilib, müasir avadanlıqlarla təchiz olunub.

Bildirilib ki, döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün yeni qərargahda müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş rabitə qovşağı və server otağı mövcuddur.

Yaradılan şəraitlə tanış olan müdafiə naziri qərargah zabitlərinin və komandir heyətinin fərdi bacarıqlarının, eləcə də bölmələri idarəetmə qabiliyyətinin daha da artırılması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə göstərişlər verib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR