Atasının ölümü ilə barışa bilməyən Şəfəq:

Atasının ölümü ilə barışa bilmədiyini deyən Xalq artisti Ramiz Novruzun qızı stilist Şəfəq Novruz saçlarını kəsib.

Metbuat.az xəbər verir ki, bu barədə o, instaqram hesabında payalşım edib. Şəfəq Novruz qeyd edib ki, atasının itirdikdən sonra intihara cəhd etmək istəyib: "O gün bir qız atasının vəfatına dözməyib intihar etdiyini eşitdim. Bir daha başa düşdüm ki, mən yaxşı qurtardım. Papam dünyasının dəyişəndən 1 həftə sonra özümə nə ilə cəza verə bilməyim beynimdən keçirdi. Ac qalmaq istədim, gücüm yetmedi, ölmək istədim, cürət edə bilmədim, yəqin qorxaqam. Özümə cəza vermək, incitmək məqsədi ilə bunu düşündüm. Ağır cəza kimi düşünürəm. Çünki mənə yaraşan saçlarım idi. Saçlarımı sevirdim, bu cür kəsimdən həmişə zəhləm gedib. Küt qayçı ilə haradan və necə gəldi, boşluğa düşdüm. Cavidan yanımda olsaydı, bele olmazdı. Bu videoda isə üstündən saçımı kəsdiyim 10 gündən sonra usta səliqəyə salır.

Saçımda ağ demək olar ki yox idi. İndi görürəm saçlarım bütün ağappaq olub. Bu videonu ona görə paylaşdım ki, məni belə qısa saçla görüb qorxmayın, gülməyin mənə. Hər dəfə başıbağlı və ya parixlə gəzə bilmərəm. Düzələr, narahat olmayın. Papam demişkən bu da keçər".

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Ramiz Novruz fevralın 21-də vəfat edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR