İşgüzar xanım Rahbar Nabieva “Reputation Awards 2023” layihəsində

Özbəkistanın Səmərqənd şəhərində dünyaya göz açan Rahbar Nabiyeva trixoloq, influencer, biznes ledi, uşaq multibrendinin sahibi və “Buduar” gözəllik studiyasının qurucusudur.

Bütün bunlarla yanaşı, o eyni zamanda Nyu-Yorkun tanınmış stilistlərindən biridir. O, saç tökülməsi başda olmaqla digər saç problemləri üzrə ixtisaslaşmış mütəxəssisdir.

Peşəkar mütəxəssisn həyat fəlsəfəsi – sağlam və parlaq saçlar olduğuna görə ona “Xeyir həkim” də deyirlər. Daim öz üzərində işləyən və böyük hədəfləri olan işgüzar xanım Avropada və Amerikada müxtəlif treninqlərdə iştirak edib. Əldə etdiyi nailiyyətlərlə kifayətlənməyən Rahbar Nabiyevanın planlarından biri - immiqrant qadınlar üçün yeni konsepsiya ilə “Qadın Klubu” yaratmaqdır.

17-18 Mart 2023-cü il tarixlərində Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasiminə ABŞ-dan qoşulan Rahbar Nabieva “The Successful Entrepreneur of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR