Şuşadakı beynəlxalq basketbol turnirində ilk günə yekun vurulub

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində ilk günə yekun vurulub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, Azərbaycan millisi qrupdakı sonuncu matçda Niderland yığmasına 9:21 hesabı ilə uduzub.

A və B qrupunun nəticələrindən sonra "Neftçi" klubu və Niderland seçməsi yarımfinala adlayıb.

Macarıstan kollektivi 1/4 finalda Rumıniya ilə, Almaniya yığması isə Yaponiyanın G FLOU klubu ilə görüşəcək.

Qeyd edək ki, Şuşadakı basketbol turniri iyunun 13-də başa çatacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR