Latviya səfirliyi konsulluq işlərinin təşkilində dəyişiklik edib

Latviya, Estoniya və Sloveniya ölkələrinə vizaların verilməsində müştərilərə səmərəli xidmətin təmin edilməsi məqsədilə Latviyanın Azərbaycandakı səfirliyi konsulluq işlərinin təşkilində dəyişikliklər edib.

Metbuat.az xəbər verir ki, bu barədə Latviyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, iyul 10-dan etibarən viza ərizələrinin təqdim edilməsi üçün görüş Latviyanın Azərbaycandakı Səfirliyinin https://pieraksts.mfa.gov.lv/en/Azerbaijan saytından bron edilə bilər.

Latviya, Estoniya və Sloveniyaya viza üçün tələb olunan sənədlər isə VFS Global Viza mərkəzinə təqdim edilməlidir. https://www.vfsglobal.com/en/individuals/index.html

Səfirlikdən bildirlib ki, yalnız aşağıdakı kateqoriyadan olan şəxslər viza ərizələrini birbaşa səfirliyə təqdim edə bilərlər - diplomatik və xidməti pasportlara malik olanlar, Azərbaycanın Latviya, Estoniya və Sloveniyadakı nümayəndəliklərinin əməkdaşlarının şəxsi ziyarətçiləri, Latviya və Avropa İttifaqı vətəndaşlarının ailə üzvləri, eləcə də səfəri humanitar məsələlər ilə əlaqəli şəxslər (qohumunun ağır xəstəliyi və ya dəfn mərasimində iştirak).
Digər konsulluq xidmətləri (yaşayış icazəsi üçün müraciətlər, Latviyanın müxtəlif məlumat bazalarından sorğular, Latviyadan şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi və s.) əvvəlcədən görüş vaxtı təyin edilməklə birbaşa səfirlikdə göstərilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR