Tanınmış aparıcının nəşi Salyana gətirildi

Tanınmış telejurnalist Natəvan Babayevanın nəşi Salyan rayonuna gətirilib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, N.Babayeva sabah səhər saatlarında doğulduğu Parça Xalac kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Telejurnalist uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, N.Babayeva 1977-ci ildə Salyan rayounun Parça Xalac kəndində anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirdikdən sonra uzun illər ANS-də, 2016-cı ilin sonlarından AzTv-də aparıcı işləyib.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR