“Fənərbağça” klubu "Şaxtyor Donetsk"in futbolçusu Tete və menecerini İstanbula gətirib.
Metbuat.az "Sabah Spor"a istinadla xəbər verir ki, tərəflərin transferin detalları ilə bağlı razılaşdığı bildirilir.
23 yaşlı Tete azad agent olduğu üçün İstanbul klubu bu transfer üçün pul ödəməyəcək.
Onun hazırkı bazar dəyəri 25 milyon avrodur. Futbolçunun "Fənərbağça"dan illik 4,5 milyon avro maaş alacağı qeyd olunub.