20 Yanvar İzmirdə unudulmadı (FOTO)

20 Yanvar İzmirdə unudulmadı (FOTO)
15:48 19 Yanvar 2015
116 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Azərbaycan xalqının azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisələri ilə əlaqədar Türkiyənin İzmir şəhərində Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti tərəfindən anım tədbiri təşkil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbiri Cəmiyyətin sədr müavini Cavid Əliyev açaraq, xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edən 20 Yanvarla bağlı təşkil olunmuş tədbirə qatılanlara təşəkkürünü bildirib.

Şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədri Asif Qurban 20 Yanvarın Azərbaycan xalqının tarixindəki əhəmiyyətini qeyd edərək, o zaman Azərbaycanın böyük itki və şəhidlər hesabına öz müstəqilliyinə doğru irəlilədiyini bildirib.

Daha sonra 20 Yanvar faciəsi ilə bağlı tarixçi-yazar İsmət Alpaslan çıxış edərək iştirakçıların suallarını cavablandırıb.

Tədbirdə müxtəlif siyasi partiya və qeyri-hökumət təşkilatlarının rəhbərləri, nümayəndələri, ziyalılar, Azərbaycandan və digər ölkələrdən olan tələbələr, eləcə də yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR