İtkin düşən yeniyetmənin asılmış meyiti tapıldı

Tərtərdə itkin düşən 16 yaşlı oğlanın meyiti tapılıb.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Atayev Vidadi Samir oğlunun meyiti Mamırlı kəndində, qonşularının həyətindəki qoz ağacından asılmış vəziyyətdə aşkarlanıb.

Yeniyetmənin orta məktəb təhsilini yarımçıq qoyaraq 9-cu sinifdən çıxdığı, avtomobil təmiri yerində usta köməkçisi işlədiyi bildirilib.

Kənd sakinlərinin sözlərinə görə, mərhumun içki aludəçiliyi olub. Qeyd edilib ki, yeniyetmə, anasının pis vərdişi ilə bağlı ona çoxsaylı iradlarından sonra intihar edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Atayev Vidadi Samir oğlunun itkin düşməsi barədə məlumat Tərtər Rayon Polis şöbəsinə 16 avqustda daxil olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı