34 yaşlı kişi öldürüldü - Atası saxlanıldı

Bu gün səhər saatlarında Tərtərdə qətl hadisəsi törədilib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Kəngərli kənd sakini 34 yaşlı Emin Həsənzadə yaşadığı evin həyətində bıçaqlanaraq öldürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs - Eminin atası Muğan Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı