Ölkəyə PUA ilə narkotik keçirtmək istədilər - FOTO

Azərbaycana pilotsuz uçuş aparatları ilə narkotik keçirən şəxslər saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Astara RPŞ-nin keçirdiyi tədbirlərlə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb.

Tədbirlərlə əvvəllər məhkum olunmuş 48 yaşlı İlqar Babayev və 46 yaşlı Asiman Əzimov saxlanılıblar. Onlarda 15 kiloqram marixuana aşkarlanıb.

Araşdırmalarla onların narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.

Bundan əlavə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında rayonun Səncərədi kəndi ərazisindəki örüş sahəsinə keçirdikləri baxış zamanı PUA-ya bərkidilmiş bağlamadan 10 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı