Bu gün Zelenski Trampla danışacaq

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparmağı planlaşdırır.

Metbuat.az xəbər verir ki, bu barədə Zelenski jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, danışıqlarda Trampın Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı əldə olunan razılaşmalar müzakirə olunacaq.

"Bu gün Prezident Tramp ilə əlaqə saxlayacağam. Biz növbəti addımların detallarını müzakirə edəcəyik. Ciddədə komandalarımızın yaxşı görüşü oldu. Düşünürəm ki, Tramp-Putin danışığının detalları barədə məlumat əldə edəcəyəm”, - o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı