İranın İsfahan vilayətində 5 bal gücündə zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, zəlzələ nəticəsində Natanz şəhərində tarixi karvansaranın fasadı uçub. Səhər saatlarında baş verən zəlzələdən sonra 7 afterşok olub.
Bəzi qəzalı binalarda divarlar uçub, yaxınlıqdakı kəndlərdə yerləşən evlərdə çatlar əmələ gəlib.