Fransa Nigerdə “persona non-qrata” elan edilən Fransa səfiri Slyvain Itteni geri çağırmayacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron açıqlama verib. Parisdə keçirilən 29-cu Səfirlər Konfransında açıqlamalar verən Makron bildirib ki, təzyiqlərə baxmayaraq səfir geri çağrılmayacaq. Onun sözlərinə görə, Fransa səfiri Niameydə qalacaq. Makron bəyan edib ki, Fransa Nigerdəki hərbi idarəetməni tanımır və Prezident Məhəmməd Bazumu dəstəkləyir.
Makron Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin və ABŞ-ın Niger administrasiyasına qarşı sanksiya qərarlarını və siyasətlərini dəstəklədiyini ifadə edib.