Azərbaycanın bu rayonuna qar yağdı - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin senytabrın 9-u saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Daşkəsən Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Oğuz, Qəbələ, Zaqatala, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Cəfərxan, Hacıqabul, Yardımlı, Lənkəranda şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.

Xidmətdən Metbuat.az-a verilən məlumata görə, Şahdağda 3500-3700 metr yüksəkliklərə qar yağması müşahidə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR