Rəsmi Vaşinqton regionda sülhə maraqlı deyil - TƏHLİL

Məlum olduğu kimi, ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Lui Bono İrəvandan sonra Bakıya səfərə gəlib. Bakıda onun Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov ilə görüşü baş tutub. Görüşdə regiondakı son vəziyyətlə əlaqədar rəsmi Bakının narahatlığı qonağın diqqətinə çatdırılıb.

Bu barədə Metbuat.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib ki, Vaşinqton ədalətsiz mövqe göstərməyə davam edir:

“Bu günə qədər ABŞ-nin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı hansısa töhfə vermək imkanı var idisə, son dövrlərdə atdığı təxribatçı addımlar səbəbindən bu imkanları ciddi sual altına düşdü. Ağdam-Xankəndi yolu ilə bağlı ABŞ dövlət katibi Antoni Blinken mövqe bildirsə də, sonradan ABŞ Senatındakı və Konqresindəki Frank Pallone, Nensi Pelosi kimi ermənispərəst simaların təyziqi nəticəsində o geri çəkildi. Hesab edirəm ki, Azərbaycan ərazisində hansısa yolların işlək ola biləcəyi ilə bağlı ABŞ da daxil olmaqla, beynəlxalq güclərin fikir bildirmək lüksü yoxdur”.

Turizm Agentliyi pandemiyanın ən kəskin dövründə fəaliyyəti ilə diqqəti cəlb edirdi -

Azərbaycanın ABŞ-nin suveren hüququ olan, Amerikanın daxilindəki hansısa yük daşımaları və nəqliyyat dəhlizləri ilə bağlı prosesə qarışmadığını xatırladan politoloq hesab edir ki, Amerikanın Azərbaycan ərazisində hansısa yolların işləkliyi ilə bağlı Azərbaycan dövlətinin çıxardığı qərarlara hörmət etmək borcu var:

“Bu gün ABŞ bilir ki, Qarabağdakı separatçıların qalmağında maraqlı tərəflərdən biri Rusiyadır. ABŞ bu məsələdə Rusiya ilə bir növ ayaqlaşır. Çünki erməni lobbisi bu gün Amerikada çirkli pullar hesabına güclənib. ABŞ Qarabağdakı separatçılara yanaşmada Rusiyadan və Fransadan fərqli mövqe nümayiş etdirə bilmir. Bu bizdə Vaşinqtonun Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı mövqeyində səmimiliyinə haqlı şübhələr yaradır”.

Millət vəkili Sahib Alıyev Metbuat.az-a açıqlamasında bildirdi ki, Luis Bono deyil də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini yerinə yetirən Yuri Kimin Azərbaycana təşrif gətirdiyini eşitsə idi, “heç xoş gəlməyib” deyəcəkdi.

“Səhv etmirəmsə, əslində elə sözü gedən xanım özü bura gəlməli idi. Sadəcə sentyabrın 14-də Senatdakı dinləmədə “Dağlıq Qarabağ xalqı” ifadəsini işlədən, orada “etnik təmizləmə təhlükəsi”ndən dəm vuran, buna dözməyəcəklərini bildirərək bizi hədələyən, “Azərbaycanla Ermənistan arasında savaş bitməyib” deyən biriylə rəsmilərimizdən kimsə görüşmək istəməyib.

Azərbaycanın davranışları, Türkiyənin atdığı addımlar məhz ABŞ və Fransanın arzuladıqları savaşın alınmayacağını ortaya qoydu. Görünür, 2024-cü il seçkisinə hazırlaşanlar bütün gücləri ilə çalışacaqlar ki, məhz moderatorluqları altında keçirilən sülh danışıqlarında uğur əldə edildiyini göstərsinlər. Ona görə də, Yuri Kimin dediklərini malalamaq üçün təcrübəli diplomatlarından birini - ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz Danışıqları üzrə baş məsləhətçisi Luis Bononu Azərbaycana göndəriblər”.

"Yaşadıqları rəzillik ermənilərə dərs olmayıb" -

Sahib Alıyev xüsusilə qeyd etdi ki, sülh danışıqlarında əldə ediləcək uğur məhz Azərbaycanın irəli sürdüyü 5 prinsipə, yəni beynəlxalq normalara uyğun olmalıdır:

“Bəs Bayden adminstrasiyası buna hazırdırmı? Sentyabrın 14-də baş verənlər bir daha təsdiqlədi ki, ABŞ-dəkilərin nə düşünmələrindən asılı olmayaraq “Dağlıq Qarabağ”la onun “xalqı” yoxdur. Qarabağda yaşayan haydillilər var və onları heç bir “etnik təmizləmə təhlükəsi” gözləmir. Biz nə etnik təmizləmə üzrə “çempion” tituluna maraqlı olan Ermənistanıq, nə tariximizdə hinduların məhvi kimi qara ləkələr var.

Yuri xanımın təbirincə desək, “Azərbaycanla Ermənistan arasında savaşın bitməməsinə” gəldikdə, bizdə bu, ən yüksək səviyyədə deyilib ki, “Qarabağ konflikti artıq sona yetib”. Əgər Ermənistan və onun havadarları bu fikirdə deyillərsə, yenə də cənab Prezidentin bildirdiyi kimi, biz bütün ssenarilərə hazırıq. Amma 44 günlük savaş da, ondan sonra keçirilən cavab əməliyyatları da göstərdi ki, nəticə bizim ssenarimizdə necə nəzərdə tutulubsa, elə də olacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR