Avropa İttifaqı Serbiyanın Kosovo sərhədinə hərbi birləşmələr cəlb etməsinin narahatlıq doğurduğunu bəyan edib.
Metbuat.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Komissiyasının sözçüsü Peter Stano deyib. O bildirib ki, Serbiya bunu dərhal dayandırmalıdır. Ən mühüm prioritetin gərginliyin azaldılması olduğunu vurğulayan Stano, Avropa İttifaqının ABŞ və digər tərəflərlə sıx əlaqədə olduğunu bildirib.Qeyd edək ki, ABŞ Serbiyanın Kosovo sərhədinə hərbi güc yığdığını bəyan edib və Belqrad administrasiyasını qüvvələrini geri çəkməyə çağırıb.
Kosovo həmçinin Serbiyanın üç fərqli istiqamətdən qoşunlarını sərhəd xəttinə yaxınlaşdırdığını açıqlayıb.