Lənkəranda balıq tutarkən cərəyan vuran gəncin ölməsi faktı araşdırılır

Lənkəranda balıq ovu zamanı elektrik cərəyanı vuran gəncin ölüm faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Metbuat.az-a Baş Prokurorluqdan məlumat verilib.

Belə ki, oktyabrın 20-də 1996-cı il təvəllüdlü Fərid Aslanlının Girdəni çayının Lənkəran rayonunun Göyşaban kəndi ərazisindən keçən hissəsində balıq ovlayarkən tilovun uc hissəsinin hündürlükdən keçən elektrik naqilinə təmas etməsi səbəbindən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı