"Yoldaşım 3 minlik telefon almırsa, boşana bilərəm" - Psixoloq

ARB tv-nin "Günə Son" verilişində psixoloqun dedikləri narazılığa səbəb olub.

Metbuat.az xəbər verir ki, psxioloq Əfsanə Rüstəmova bildirib ki, qadınların emosional ehtiyacları ödənməlidir, əks halda qadın boşanma hüququndan istifadə edə bilər: "Emosional ehtiyacı ödənməyən qadının boşanma kimi hüquqi haqqı var. Mənim 3 minlik bir telefona emosional ehtiyacım varsa, həyat yoldaşım ya onu mənə almalıdır, ya da mənim imtina etmək hüququm var".

Psixoloqun bu sözləri studiyada və sosial şəbəkələrdə narazılıqla qarşılanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR