​2024-cü ildə “Bitcoin”i nə gözləyir?

“Bitcoin” 2023-cü ildən bəri ən yüksək qiymət həddini oktyabr ayının son iki həftəsində yaşayıb. Belə ki, oktyabr ayının sonunda “Bitcoin”27% artaraqəsas investisiya alətləri arasında ən gəlirli maliyyə aktivi olub.

Ötən həftə “Bitcoin”in qiyməti, 24 saat ərzində 12,4 faiz artıb. Nəticədə, 34 min dolların üzərinə yüksələn “Bitcoin” 34 min 432 dollardan alınıb.

Makro gündəm baxımından olduqca gərgin olan bu həftə ərazindəABŞ Mərkəzi Bankı Fed-in noyabr ayı üçün faiz qərarını gözləməkdədir. Son siqnallara və məlumatlara görə, noyabr iclasında faiz dərəcəsinin 5,5% səviyyəsində sabit qalacağı gözlənilir.

Ümumiyyətlə, analitiklər 2024- cü ildə kriptovalyuta bazarında konkret yüksəlişlərin olacağı qənaətindədirlər. Analitiklər həmçinin qeyd ediblər ki, Yaxın Şərqdə baş verən gərginlik fonunda “Bitcoin”ə tələb artıb.

Kriptovalyuta üzrə ekspertlər hesab edir ki, yaxın gələcəkdə qiymətlərin yenidən artımı müşahidə ediləcək. Vəziyyətin müsbət dinamika ilə inkişafı üçün həm ABŞ Federal Ehtiyatlar Sistemi (FRS) uçot faiz dərəcəsini endirməli həm də SEC dünyanın ən böyük investisiya nəhənglərindən biri olan “BlackRock”un "spot bitcoin ETF"i üçün müraciətinə müsbət qərar verməlidir.

Qeyd edək ki, 2023-cü ilin avqust ayında “Bitcoin”"Moody's" reytinq agentliyinin ABŞ-ın on orta və kiçik bankının kredit reytinqini aşağı salması xəbəri fonunda 2.89% bahalaşaraq 29.7 min dollara çatıb. Kriptovalyutanın qiyməti səhər saatlarında 30 min dollar səviyyəsinə çatmışdır. Bakı vaxtı ilə saat 12:15-də “Bitcoin” təqribən 29,7 min dollar səviyyəsində ticarət olunur.

Xatırladaq ki, 2021-ci ilin noyabrında 68 990 dollara qədər bütün zamanların ən yüksək həddi olan “Bitcoin” həmin tarixdən etibarən dəyərinin təxminən 50 faizini itirib. 2022-ci ilin iyun ayında 10 faiz ucuzlaşan “Bitcoin”in birja dəyəri 22,6 min dollar düşüb. Həmin vaxt “Bitcoin”in ucuzlaşmasına səbəb kimi riskli aktivlərdə tənəzzül narahatçılığının güclənməsi qeyd olunub.Uzunmüddətli dövrdə götürdükdə isə “Bitcoin”in qiyməti 2021-ci ilin noyabrın 8-də 67,5 min dollar yüksəldikdən sonra enişə keçib. 2022-ci ilin son yeddi ayında “Bitcoin”in dəyəri 45,5 min dollar, yəni 3 dəfədən çox azalıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı