"Barselona"da üsyan - Futbolçuların səbri daşdı

Çempionlar Liqasında “Royal Antverpenə” məğlubiyyət və İspaniya La Liqasında “Valensiya” ilə heç-heçə "Barselona"da baş məşqçi Xavi Hernandesə qarşı etirazlar yaradıb.

Metbuat.az xəbər verir ki, baş məşqçi Xavi Hernandes həm futbolçuların etibarını, həm də klub rəhbərlərinin dəstəyini itirib. “Cadena Ser”in məlumatına görə, Xavi “Royal Antverpen”ə səfərdə 2:3 hesablı məğlubiyyətdən sonra problemlərlə üzləşib. “Barselona”nın soyunub-geyinmə otağında gərgin atmosferin hökm sürdüyü iddia edilib. Xüsusən də Robert Levandovski, İlkay Gündoğan, Frenkie de Yonq və Mark-Andre ter Ştegen də daxil olmaqla dörd önəmli futbolçunun Xavinin məşqçilik tərzindən razı qalmadığı və onun taktiki bacarıqlarının olmadığını hesab edirlər. İdarə heyətinin üzvləri də komandanın fiziki durumundan razı deyil.

Qeyd edək ki, Xavi Hernandesin istefaya göndərilə biləcəyi barədə xəbərlər dərc edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı