Azərbaycanın güləşçisi Avropa çempionatında qızıl medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının son günündə qızıl medal qazanıb.

Metbuat.az xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda rusiyalı Danil Qriqoryevə (UWW) 3:2 hesabıyla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, ötən gün yunan-Roma güləşçilərimiz qitə birinciliyində 1 gümüş və 2 bürünc medal əldə etmişdilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı