Erməni qələmindən çıxan qərəzli hesabat: "Vaşinqtonun Cənubi Qafqazdakı yeri soyuyur"

ABŞ Dövlət Departamenti Azərbaycanı dini azadlıqları pozulmuş ölkə elan ediləcək izləmə siyahısına daxil edib. Dövlət Departamenti bu qərarı Dini Etiqad Azadlığı üzrə Dövlət Komissiyasının (USCIRF) bu hesabatı əsasında qəbul edib. Hesabat din azadlığı ilə heç bir əlaqəsi olmayan əsassız tezislərlə doludur. Adı sadalanan illik hesabatın Azərbayacana aid olan hissəsini dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyan hazırlayıb.

Azərbaycanın apardığı müstəqil siyasəti həzm edə bilməyən ABŞ-nin bu davranışları təəccüb yaratmır. Vaşinqtonun qərəzli addımlarını şərh edən hərbi ekspert Ədalət Verdiyev Metbuat.az-a bildirdi ki, dəfələrlə ABŞ bu tip metodlarla Azərbaycana təzyiq cəhdlərinə əl atıb:

TikTok-da orduya aid görüntü yayanlar həbs edilməlidir -

“Noyabrın 15-də ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələr oldu. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn konqresmenlərə söz verdi ki, Azərbaycana hər cür yardım dayandırılacaq və ABŞ rəsmilərinin Azərbaycan rəsmiləri ilə təmasları aradan qaldırılacaq.

Onun bu açıqlamasından 20 gün sonra Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi. Telefon danışığı zamanı Blinken İlham Əliyevdən xahiş etdi ki, köməkçisi Ceyms O’Braynın Azərbaycana gəlməsinə icazə versin. İndidə bu Aşbaxyanın hazırladığı sənəd meydana çıxıb. Yalnız bir erməninin hazırladığı hesabatda 30 illik faktlar göz ardı edilə bilərdi.

İşğal dövründə 10 minlərlə erməni kontingenti bizim dini dəyərlərimizdən tutmuş əmlakımıza qədər ziyan vurdular, qəbirlərimizin daşını belə söküb apardılar. Hətta bununla bağlı faktlar da var. Əlimizdə həm birinci, həm də sonrakı dövrə aid kütləvi məzarlıqlar bunun əyani sübutudur. Biz ərazilərimizə yerləşdikcə daha çox faktlar meydana çıxır.

Görünür, Aşpaxyan və onun kimiləri Azərbaycanın, Xocalıda, Ağdərədə, Xankəndidə, Sərsəng ətrafında, Əsgəranda əldə edəcəyi çox sayda faktları indidən narahat etməyə başlayıb. Artıq hamımıza yaxşı bəllidir ki, Azərbaycanın Xankəndidə bayraq qaldırmağı ABŞ-nin ürəyindən deyilmiş”.

Ekspert deyir ki, nə ABŞ, nə Rusiya, nə də Qərb Azərbaycanın bir günün içərisində 200 illik problemə son qoyacağını hesaba almamışdı:

“Bir çox məsələlərdə Rusiya ilə ABŞ Fransa arasında daima müəyyən fikir ayrılıqları olub. Amma Xankəndi məsələsində bu rəqiblərin ortaq bir mövqeyi vardı. Onlar hesab edirdilər ki, Azərbaycan Xankəndi məsələsindən kənarda dayanmalı, Şuşaya qədər gəlibsə bu artıq yetərlidir. Amma onların heç biri proqnozlaşdırmırdı ki, Azərbaycan ordusu və onun Ali Baş komandanı bu prosesi 24 saat ərzində zərgər dəqiqliyi ilə həyata keçirəcək.

Çox maraqlı bir fakt da var. Bu hesabatın içində bir dəfə də olsun Azərbaycanın dağıdılan, dini dəyərlərinə aid kəlmə yoxdur. Sual oluna bilər, doğrudanda Dövlət Departamentində Azərbaycanla bağlı hesabatı hazırlayacaq başqa millət tapılmırdı?

Mütləq işin içində ya fransız qanı çıxmalıdır, ya erməni qanı. Əgər ABŞ belə fəaliyyətlərə davam edərsə, bu onun Cənubi Qafqazda yerini soyutmağına səbəb olacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR