Azərbaycanda mehmanxanaların gəlirləri 38% artıb

2023-cü ildə Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2022-ci illə müqayisədə 37,6 % artaraq 488,8 milyon manat olub.

Metbuat.az xəbər verir ki, bunun 60 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,7 %-i ictimai iaşə xidmətlərindən, 3,4 %-i müalicə və sağlamlıq xidmətlərindən, 8,9 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2023-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 20,1 % səviyyəsində olub (2022-ci ildə 15,7 %). Bu göstərici Şabranda 51,4 %, Naftalanda 44,1 %, Beyləqanda 29,9 %, Bakıda 29,8 %, Qubada 27,4 %, Lənkəranda 25,7 %, Ağcabədidə 22,8 %, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı