"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar sərnişin tələbatını qarşılamaq üçün 7-10 noyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək.

Metbuat,az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.

Bildirilib ki, eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

Həmin günlər qatar Bakıdan Ağstafaya saat 09:20-də, əks istiqamətdə isə saat 17:15-də hərəkət edəcək.

"Biletləri ADY-nin rəsmi saytı, "ADY Mobile" tətbiqi və ya dəmiryol kassalarından əldə edə bilərsiniz", - məlumatda qeyd olunub.