Türkiyədə 2026-2027-ci illərin qış mövsümünün son 70 ilin ən sərt qışı olacağı ehtimal edilir. Sakit okeanında güclənən “Super El Niño” hava hadisəsinin qış aylarında temperatur və yağıntı rejiminə ciddi təsir göstərəcəyi gözlənilir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, dekabrın sonlarında pik həddə çatacağı proqnozlaşdırılan “Super El Niño” Cənubi və Cənub-Şərqi Avropada, o cümlədən Türkiyədə soyuq hava dalğalarının və yağıntıların artmasına səbəb ola bilər.

Mütəxəssislərin qiymətləndirmələrinə görə, noyabr ayından etibarən Avropada hava şəraitində dəyişikliklər müşahidə ediləcək. Xüsusilə ayın ikinci yarısında şimaldan gələn soyuq hava kütlələrinin təsirinin artacağı gözlənilir.

Proqnozlara əsasən, 2026-2027-ci illərin qışında Türkiyədə soyuq hava axınları və yağıntılı sistemlər daha çox müşahidə olunacaq.