Xaçmaz sakini torpaqdan elektrik əldə edib - VİDEO

Xaçmaz rayonunun Qımıl kənd sakini torpaqdan enerji almağı bacarıb.

Metbuat.az “İctimai TV”yə istinadən xəbər verir ki, Mirzəağa Ağakişiyev 10 il davam edən texniki axtarışlar və kimyəvi təcrübələr nəticəsində istədiyinə nail olub. O, əlvan metalın torpağın içində su ilə kimyəvi reaksiyaya girməsi nəticəsində elektrik cərəyanı əldə edə bilib.

“Sadə torpaqdır. Biz bu torpağa belə bir qurğunu basdıracağıq, yəni torpağın içinə. Deməli, bu qurğuda artıq 2 əlvan metal var. Bu 2 əlvan metal bir-biri ilə reaksiyaya girir. Kimyəvi proses gedir burda. Kimyəvi proses gedəndən sonra müəyyən bir voltaj yaranır. Və onu suladıqdan sonra 1.5-1.6 volt biz ala bilirik. Bu sxem vasitəsilə biz 1.5-i qaldırıb qoyuruq 6 volta, bundan da biz LED işıqları yandırmaq imkanı əldə edə bilirik”, - deyə ixtiraçı bildirib.

Daha ətraflı videoda:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR