​“Real”ın Mbappeyə ödəyəcəyi astronomik məbləğ bəlli oldu

"Real Madrid" Kilian Mbappe üçün astronomik büdcə ayırıb.

Metbuat.az xəbər verir ki, Mbappenin mövsümün sonunda PSJ-dən ayrılıb azad agent kimi “Real”a keçməyə qərar verdiyi deyilir. Bildirilir ki, “Real” Mbappeyə xalis 25 milyon avrodan çox məvacib vermək istəmir. Klub rəhbərliyi maaş balansını pozmamaq üçün belə qərar verib. “Daily Mail”in məlumatına görə, Mbappe “Real”dan daha çox məvacib tələb edir. İspaniya klubu onun tələbini kompensasiya etmək üçün Mbappeyə 100 milyon avro imza pulu ödəyəcək.

Bildirilir ki, “Real” adətən ən yaxşı oyunçularının imic hüquqlarının 50 faizini alır. Lakin Mbappedə imic hüquqlarının 60 faizi futbolçunun özünə aid olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR