Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də keçirilən seçkilərdə səslərin 92.12 faizini (4 milyon 567 mindən çox) toplayaraq qələbə qazanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının fevralın 11-də seçkilərin yekunları ilə bağlı keçirilən iclasında məlumat verilib.
Bildirilib ki, seçkilər 125 seçki dairəsi üzrə keçirilib və vətəndaşlara səs vermələri üçün bütün şərait yaradılıb.