Sudan düzgün istifadə etməyənlər cəzalandırılsın – TƏKLİF

Bu gün Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmə keçirilir.

Metbuat.az xəbər verir ki, Fəzail Ağamalı su təsərrüfatı ilə bağlı xüsusi qanunun qəbul olunmasını təklif edib:

“Biz bu gün müşahidə edirik ki, vətnədaşlar sudan səmərəli istifadə etmir. Belə ki, insanlar su kranlarını açıq qoyurlar. Buna görə də bu sahədə marifləndirmə işləri gücləndirilməlidir. Marifləndirmə işlərinə məhəl qoymayan vətəndaşlar isə qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdır. Ona görə də cinayət və inzibati xətalar məcəlləsinə xüsusi maddələr əlavə edilməlidir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR