32 il əvvəl şəhid olan şəxsin qalıqları dəfn edildi - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 32 ildən sonra kimliyi müəyyən edilən şəhid Rövşən Məcid oğlu Əliyevin qalıqları Abşeronda torpağa tapşırılıb.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, şəhid Rövşən Məcid oğlu Əliyevlə Xırdalanda, ailəsin yaşadığı ünvanda vida mərasimi keçirilib.

Şəhidin qalıqları Xırdalan şəhidlər xiyabanında dəfn olunub.

Dəfndə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştrak ediblər.

Qeyd edək ki, Əliyev Rövşən Məcid oğlu Birinci Qarabağ müharibəsində Daşaltıda itkin düşmüş sayılırdı. O, Tərtərdə Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı