Azərbaycan-Rusiya münasibətləri uğurla inkişaf edir - Putin

Azərbaycanla Rusiya arasında münasibətlər uğurla və çox praqmatik inkişaf edir.

Metbuat.az-ın Report-a istinadən məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin informasiya agentliklərinin rəhbərləri ilə görüşündə iki ölkə arasında münasibətlərə dair sualı cavablandırarkən deyib.

O, həmçinin bəyan edib ki, Bakı ilə Moskva arasında əlaqələrin inkişafı üçün logistika və nəqliyyat infrastrukturunu təkmilləşdirmək lazımdır.

Putin hesab edir ki, Azərbaycan rəhbərliyi Rusiya ilə münasibətləri inkişaf etdirmək üçün rus dilinin vacib olduğu qənaətindədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR