Bakı bulvarında illər sonra bu mümkün olacaq

Son günlər Bakı bulvarında məşhur "Mirvari" gəmisi yenidən görünməyə başlayıb. Dənizdə gəzintinin bərpa olunduğu bildirilir.

Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva bildirib ki, bu il "Mirvari" gəmisinin təhlükəsiz və rahat hərəkəti ilə bağlı bütün işlər görülüb.

Gəmi ilə gəzintinin qiymətinin nə qədər olacağı hələ ki, müəyyənləşməyib.

Qeyd edək ki, bir neçə idir, dənizin səviyyəsinin aşağı enməsi səbəbindən bulvarda gəmi gəzintisi müvəqqəti dayandırılmışdı.

Daha ətraflı videoda:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR