Ötən illə müqayisədə hərbi cinayətlərin sayı azalıb - Xanlar Vəliyev

"2023-cü ilin 8 ayı ilə müqayisədə, 2024-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 24,7 %, hərbi xidmət əleyhinə olan cinayətlər 25,9 %, qeyri-hərbi cinayətlər isə 23,4 % azalıb".

Metbuat.az xəbər verir ki, bu sözləri Hərbi prokuror Xanlar Vəliyev bu gün "Respublika" qəzetində dərc edilmiş məqaləsində deyib.

X.Vəliyev bildrilib ki, özünü öldürmə həddinə çatdırma cinayətləri 82,4 %, fərarilik cinayətləri 93,3%, tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər cinayətləri 28,1%, hərbi xidmətdən yayınma cinayətləri 34%, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 83,3%, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 30,8%, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 50%, xuliqanlıq cinayətləri 75%; rüşvət alma (passiv rüşvətxorluq) və rüşvət vermə (aktiv rüşvətxorluq) cinayətləri isə 59,7% azalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı