Azərbaycanda inflyasiya kəskin azaldı

Dünya ərzaq qiymətlərinin bahalaşmasına və əsas ticarət tərəfdaşlarında yüksək inflyasiyaya baxmayaraq, Azərbaycanda 2024-cü ilin ilk 11 ayında orta illik inflyasiya 2.0%, illik inflyasiya isə 4.4% təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Dünyada və regionda davam edən geosiyasi gərginliklərə, iqlim dəyişikliklərinə və əmtəə bazarlarında qiymətlərin dəyişkənliyinə baxmayaraq, ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub”, - deyə Baş nazir vurğulayıb.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 8,8 % təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR