Davos Forumu Azərbaycana nə verəcək? - AÇIQLAMA

"Azərbaycan Davos İqitsadi Forumuna xüsusi önəm verir. Eyni zamanda Davos İqitsadi Forumu da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Forumda Azərbaycan Prezidentinin iştirakı Azərbaycanda həyata keçirilən islahatların və eləcə də daha geniş auditoriyaya ölkəmizin strateji baxışlarının təqdimatı baxımından da çox əhəmiyyətlidir. Davos İqtisadi Forumu Azərbaycan üçün həmçinin xarici sərmayələrin cəlb edilməsi baxımından da vacibdir".

Metbuat.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı Vüqar Bayramov sosial şəbəkə hesabında qeyd edib.

Onun sözlərinə görə, Davos İqitsadi Forumu yeganə forumdur ki, dünyanın aparıcı dövlət və hökumət başçılarını, biznes, media, eyni zamanda vətəndaş cəmiyyəti liderlərini bir araya gətirir. Buna görə də təsir və əhatə baxımından Davos İqitsadi Forumu dünyanın ən böyük forumu hesab olunur:


"Ölkə Prezidenti Davos İqtisadi Forumunda bir çox aparıcı, nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşür və onları işbirliyi üçün Azərbaycana dəvət edir. Artıq dünən bir sıra görüşlər həyata keçirilmişdir. Yeni dövrün yeni hədəfləri də məhz qeyri-neft sektoruna daha çox xarici sərmayələrin cəlb edilməsini özündə ehtifa edir. Bu kontekstdən Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatına, xüsusən də qeyri-neft sektoruna daha çox sərmayənin cəlb edilməsinə zəmin yarada bilər".

İqtisadçı bildirib ki, Azərbaycan Prezidentinin iştirakı ilə keçirilən görüşlər və aparılan müzakirələr Davos İqtisadi Forumunda Azərbaycana xüsusi önəm verildiyini bir daha göstərir. Xüsusi qeyd olunmalıdır ki, bir neçə il öncə Davos İqtisadi Forumunun Cənubi Qafqazı və Orta Asiyanı əhatə edən regional tədbiri ilk dəfə Azərbaycanda keçirildi. Bu da Davos İqtisadi Forumu tərəfindən ölkəmizə necə böyük dəyər verildiyini və vacib tərəfdaşlardan biri kimi qəbul edildiyini bir daha təsdiq edir.

Qeyd edək ki, Dünya İqtisadi Forumunun növbəti illik toplantısı 20-24 yanvar tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək. Sayca 55-ci olan Forum bu dəfə “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında toplaşır. Hər il olduğu kimi illik yığıncaqda dövlət və hökumət başçıları, əsas beynəlxalq təşkilatlar və Forumun 1000 tərəfdaş şirkətinin nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri, gənc liderlər, sosial sahibkarlar və media iştirak edəcək. Forumda 5 əsas istiqamət üzrə müzakirələr təşkil olunacaq: İnkişafın yenidən dizayn edilməsi, İntellektual əsrdə sənayelər, İnsan kapitalına investisiya, Planetin mühafizəsi və Etimadın bərpası. Dünən ABŞ-da vəzifəsinin icrasına başlayacaq Donald Trampın yanvarın 23-də sammitə onlayn olaraq qoşulması gözlənilir. Azərbaycan Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 20-də İsveçrə Konfederasiyasına səfər edib.

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı